Olimpiya çempionu Hacı Əliyev şagirdlərlə görüşüb - VİDEO

6 Mart 2026 16:25
81
Olimpiya çempionu Hacı Əliyev şagirdlərlə görüşüb - VİDEO

Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri ikiqat Olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu olan güləşçi Hacı Əliyev ilə görüşüblər.

İdman.Biz xəbər verir ki, idmançı görüş zamanı karyerası, güləş idman növünün özəllikləri və peşəkar idmanda qazandığı təcrübələr barədə danışıb.

Hacı Əliyev şagirdlərin suallarını cavablandırıb, onlara avtoqraf verib və xatirə şəkilləri çəkdirib.

İdman.Biz
Məqalədə: