İkiqat dünya çempionu güləş üzrə Azərbaycan millsinə məşqçi təyin edilib - FOTO

13 Fevral 2026 16:48
104
İkiqat dünya çempionu güləş üzrə Azərbaycan millsinə məşqçi təyin edilib - FOTO

Yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, U-20 milli komandanın böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib. Emin Əhmədov, dünya çempionu Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.

U-17 milli komandanın böyük məşqçisi vəzifəsinə ikiqat dünya çempionu Rafiq Hüseynov təyin edilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.

U-15 milli komandada böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.

İdman.Biz