Güləş üzrə Azərbaycan çempionatına start verilib - YENİLƏNİB + FOTO

Xəbərlər
7 Yanvar 2026 20:22
173
Güləş üzrə Azərbaycan çempionatına start verilib

Bu gün güləş üzrə Azərbaycan çempionatına start verilib.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82, 97 kq-da finalçılar müəyyənləşib.

55 kq

Elmir Əliyev (Neftçi) – Rəşad Məmmədov (“Neftçi”, Şəmkir)

63 kq

Ziya Babaşov (Neftçi) – Sakit Quliyev (Neftçi)

72 kq

Fəraim Mustafayev (Neftçi) – Xalid Həsənov (Neftçi)

82 kq

Elmin Əliyev (MOİK Lənkəran) – Tuncay Vəzirzadə (Neftçi)

97 kq

Məhəmməd Əhmədiyev (Neftçi) – Murad Əhmədiyev (Neftçi)

Qeyd edək ki, sabah bu çəkilərdə qaliblər müəyyənləşəcək. Eyni zamanda 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək. Çempionatın açılış mərasimi 17:00-da başlayacaq.

09:24

Bu gün güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürəcək.

İdman.Biz xəbər verir ki, qarşılaşmaların gündüz mərhələsi 10:00-da, axşam mərhələsi 17:00-da başlayacaq.

Yarışa yanvarın 11-də yekun vurulacaq.

Qeyd edək ki, çempionatın açılış mərasimi yanvarın 8-də saat 17:00-da baş tutacaq.

İdman.Biz