Dünya Güləş Birliyi Həsrət Cəfərovla bağlı paylaşım edib - FOTO

29 Aprel 2026 18:13
168
Dünya Güləş Birliyi Həsrət Cəfərovla bağlı paylaşım edib - FOTO

Dünya Güləş Birliyi(United World Wrestling) yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Həsrət Cəfərov haqqında paylaşım edib.

İdman.Biz xəbər verir ki, qurum sosial şəbəkə hesabında 23 yaşlı idmançının ardıcıl dörd dəfə Avropa çempionu olmasına diqqət çəkib.

Paylaşımda Cəfərovun bu uğuruna baxmayaraq hələ gənc yaşda olduğu vurğulanıb və onun əfsanəvi nəticəyə imza atmış türkiyəli güləşçi Rıza Kayaalpın Avropa çempionatları rekorduna yaxınlaşıb-yaxınlaşa bilməyəcəyi sual olunub.

Qeyd edək ki, Həsrət Cəfərov son illərdə yunan-Roma güləşində Azərbaycanın ən perspektivli idmançılarından biri hesab olunur.

İdman.Biz