Sərbəst güləş üzrə U-23 millimiz dünya dördüncüsü olub

Xəbərlər
27 Oktyabr 2025 23:55
39
Sərbəst güləş üzrə U-23 millimiz dünya dördüncüsü olub

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ali Tsokayev (86 kq) gürcüstanlı Tornike Samxaradzeyə tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, sərbəst güləş millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb.

Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.

İdman.Biz