U-23 dünya çempionatı: Ali Tsokayev bürünc medal qazandı

Xəbərlər
27 Oktyabr 2025 22:08
50
U-23 dünya çempionatı: Ali Tsokayev bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Serbiyanın Novi-Sad şəhərində gənclər arasında (U-23) keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, Ali Tsokayev (86 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Tornike Samxaradzeyə tam üstünlüklə (13:2) qalib gəlib.

Ali Tsokayev daha öncə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (11:0) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanmışdı.

65 kq-da güləşən Ayxan Abdullazadə ukraynalı Mikita Qonçarova 4:1 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazansa da, son görüşdə qırğızıstanlı Bilal Şərif Uuluya uduzub – 0:10.

İdman.Biz