Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
U-23 dünya çempionatı: Güləşçilərimizdən daha bir medal - YENİLƏNİB - İdman və Biz

U-23 dünya çempionatı: Güləşçilərimizdən daha bir medal - YENİLƏNİB

Xəbərlər
22 Oktyabr 2025 22:26
69
U-23 dünya çempionatı: Güləşçilərimizdən daha bir medal - YENİLƏNİB

Azərbaycanın U-23 güləşçiləri dünya çempionatında mübarizəni davam etdirirlər.

İdman.Biz xəbər verir ki, 72 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ruslan Nurullayev ermənistanlı Qaspar Terteryana 3:1 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

20:56

Azərbaycanın U-23 güləşçiləri dünya çempionatında mübarizəni davam etdirir.

İdman.Biz xəbər verir ki, Azərbaycan güləşçisi Elmir Əliyev finalda rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabıyla qalib gələrək dünya çempionu olub

17:50

Azərbaycanın U-23 güləşçiləri dünya çempionatında mübarizəni davam etdirir.

İdman.Biz xəbər verir ki, dünya çempionatında çıxış edən yunan-Roma və qadın güləşçilərimiz bu gün növbəti görüşlərini keçiriblər.

Yunan-Roma güləşi

60 kq
İlkin Qurbanov gürcüstanlı Dimitri Xaçidzeyə (3:2) və almaniyalı Georgios Skarpelloya (5:3) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə o, iranlı Səccad Abbaspurraqaniyə 1:7 hesabı ilə uduzub.

72 kq
Ruslan Nurullayev təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabı ilə məğlub edib. Güləşçimiz bürünc medal uğrunda ermənistanlı Qaspar Terteryanla qarşılaşacaq.

82 kq
Elmin Əliyev macarıstanlı Dominik Çuçora tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Alperen Bərbərə 3:5 hesabı ilə məğlub olub.

Qadın güləşi

50 kq
Əsmər Cankurtaran təsnifat mərhələsində rusiyalı Natalia Pudovaya (UWW) 0:10 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:00-da, medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.

İdman.Biz