FİFA 2026-cı il dünya çempionatının maskotlarını təqdim edib - FOTO/VİDEO

Xəbərlər
25 Sentyabr 2025 20:15
54
FİFA 2026-cı il dünya çempionatının maskotlarını təqdim edib - FOTO/VİDEO

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) rəsmi saytında 2026-cı ildə keçiriləcək dünya çempionatının maskotlarını açıqlayıb.

İdman.biz bildirir ki, turnir üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.

Kanadanı Meypl adlı sığın təmsil edir.

Meksikanı maskotu isə yaquar Zayyudur.

Nəhayət ABŞ Klatç adlı ağbaşlı qartalla təmsil olunur.

2026-cı il dünya çempionatında hər biri dörd komanda olmaqla 12 qrupa bölünən 48 milli komanda iştirak edəcək. İlk iki yeri tutan komanda, üçüncü yeri tutan səkkiz ən yaxşı komanda ilə birlikdə pley-off mərhələsinə yüksələcək. Bundan əlavə, 2026-cı il dünya çempionatına yeni mərhələ - 1/16 final əlavə olunacaq.

İdman.biz