Türkiyə Superliqasında bu gün 6-cı turun bir oyunu keçirilib.
İdman.biz bildirir ki, "Göztəpə" "Beşiktaş"ı qəbul edib.
Oyunun 4-cü dəqiqəsində Heliton "Göztəpə"ni irəli çıxarıb - 1:0.
19-cu dəqiqədə Rhaldney Norberto ikinci topu "qara qartallar"ın qapısından keçirib - 2:0. Birinci hissə bu hesabla bitib.
İkinci hissədə 84-cü dəqiqədə Sabra hesab arasındakı fərqi üç topa çıxarıb - 3:0.
Oyun bu hesabla bitib. Bu qələbə ilə "Göztəpə" xal sayını 12-yə çatdıraraq ikinci yerdə qərarlaşıb. "Beşiktaş"ın 6 xalı var.
İdman.biz