İsveçli hücumçu Aleksandr İsak nəhayər ki, “Liverpul” forması ilə meydana çıxacaq.
İdman.biz bildirir ki, bu, UEFA Çempionlar Liqasının ümumi mərhələsinin "Atletiko Madrid" ilə oyununda baş verəcək. Oyun bu gün 23.00-da başlayacaq.
Transfer pəncərəsinin son günündə 125 milyon funt sterlinqə İngiltərə rekordunu qıraraq komandaya qoşulan futbolçu nəhayət ki, onu qoyulan xərci doğrultmalıdır.
İsakın keçidi yay transfer pəncərəsinin ən qalmaqallı hadisələrindən biri olub. Oyunçu "Nyukasl"da məşqləri boykot edərək komandadan getmək istədiyini bildirmişdi. Daha sonra isə sosial şəbəkədə klub rəhbərliyini ədalətsizlikdə günahlandıraraq faktiki olaraq "Nyukasl"ı onu satmağa məcbur etmişdi.
İdman.biz