Qapıçı David Raya "Arsenal"ın heyətində 100-cü oyununa çıxıb

Xəbərlər
13 Sentyabr 2025 19:14
35
Qapıçı David Raya "Arsenal"ın heyətində 100-cü oyununa çıxıb

İspaniyalı qapıçı David Raya Londonun "Arsenal" klubunda 100-cü matçına çıxıb.

İdman.biz bildirir ki, qapıçı İngiltərə çempionatının 4-cü turunun "Nottingem Forest"lə oyununda start heyətdə meydançaya çıxıb.

Oyun 3:0 hesabı ilə "Arsenal"ın qələbəsi ilı yekunlaşıb.

Rayanın 29 yaşı var, o, “Arsenal”da 2023-cü ilin sentyabrında “Everton”la matçda debüt edib. David London klubunun heyətində yüz oyun keçirən tarixdə 20-ci qapıçıdır.

Raya bu gün “Nottingem Forest”lə matçda qapısını "təmiz" saxladığına görə, “Arsenal”ın heyətində 42-ci oyununu qol buraxmadan keçirib və klubun bütün qapıçıları arasında ən yaxşı “təmiz” matçlar nisbətinə sahib olub.

Raya iki dəfə Premyer Liqa mövsümünün (2023/2024, 2024/2025) ən yaxşı qapıçısına verilən “Qızıl Əlcək” mükafatını qazanıb.

İdman.biz