"Kristal Pelas"ın 10 nömrəsi ispan olub

Xəbərlər
30 Avqust 2025 00:38
138
"Kristal Pelas"ın 10 nömrəsi ispan olub

"Kristal Pelas" İspaniya yığmasının futbolçusunu transfer olunub.

İdman.biz xəbər verir ki, "Vilyarreal"a məxsus Yeremi Pino karyerasını İngiltərədə davam etdirəcək.

22 yaşlı cinah hücumçusu ilə 5 illik müqavilə imzalanıb. Pino "Kristal Pelas"da 10 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Yermi 2019-cu ildən "Vilyarreal"ın əsas komandasında çıxış edib. O, arxada qalan illər ərzində 170 oyunda 22 qol və 23 ötürmə ilə yadda qalıb.

İdman.biz