"Çelsi" "Barselona"nın futbolçusu Fermin Lopesi transfer etmək istəyir.
İdman.biz xəbər verir ki, London klubu bunun üçün qarşı tərəfə 50 milyon avro təklif edib.
Kataloniyalıların bu variantı nəzərdən keçirdiyi bildirilib. Maliyyə vəziyyətini düzəltmək istəyən "Barselona"nın 22 yaşlı futbolçunu sata biləcəyi ehtimalı irəli sürülüb. Amma baş məşqçi Hans-Diter Flikin bu təklifə qarşı çıxdığı xəbərləri yayılıb.
Qeyd edək ki, Fermin ötən mövsümdə 28 oyunda 6 qol və 5 ötürmə ilə yadda qalıb.
İdman.biz