UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə keçiriləcək “Molde” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
İdman.biz xəbər verir ki, görüş belçikalı hakimlər briqadasına tapşırılıb.
Matçda baş hakim vəzifəsini Erik Lambrexts yerinə yetirəcək. Onun köməkçiləri Co de Veyrdt və Kevin Monteni olacaq.
Dördüncü hakim funksiyasını isə Natan Verbumen icra edəcək.
Qarşılaşmanın VAR hakimi fransalı Benoi Millo və AVAR referisi isə belçikalı Yan Boterberq olacaq.
Qeyd edək ki, matç noyabrın 30-da Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
İdman.biz