“Roma” “Fənərbağça” ilə matça xüsusi yazılı formada çıxacaq

10 Sentyabr 2026 17:18
65
“Roma” “Fənərbağça” ilə matça xüsusi yazılı formada çıxacaq

İtaliyanın “Roma” futbol klubu bu gecə UEFA Çempionlar Liqasında “Fənərbağça” ilə oyuna üzərində “Nepal üçün birlikdə” yazısı olan forma ilə çıxacaq.

İdman.Biz xəbər verir ki, İtaliya klubu bu addımı Nepalda baş verən daşqınlardan zərər çəkənlərə dəstək məqsədilə atacaq.

Qeyd olunur ki, “Roma” Türkiyədə mərc şirkətlərinin reklamına qoyulan qadağa səbəbindən onsuz da formasında əsas sponsorunun loqosundan istifadə edə bilməyəcək.

Əlavə edək ki, “Fənərbağça” - “Roma” qarşılaşması Bakı vaxtı ilə 20:45-də başlayacaq.

İdman.Biz
Məqalədə: