Donnarumma "Mançester Siti" ilə razılaşıb

Xəbərlər
14 Avqust 2025 18:53
43
Donnarumma "Mançester Siti" ilə razılaşıb

PSJ-dən ayrılacaq Canluici Donnarumma "Mançester Siti" ilə ilkin razılıq əldə edib.

İdman.biz xəbər verir ki, italiyalı qapıçının illik 12 milyon maaş alması gözlənilir.

İndi klublar arasında danışıqların yekunlaşması gözlənilir. PSJ bu transferə görə 50 milyon avro tələb etsə də, "Mançester Siti" 35 milyondan yuxarı ödəmək niyyətində deyil.

Qeyd edək ki, Canluici ilə "Mançester Yunayted"in də maraqlandığı xəbərləri yayılıb.

İdman.biz