İtaliyanın "İnter" klubu yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
İdman.biz xəbər verir ki, komanda "Roma"da çıxış edən Kuadio Kone ilə maraqlanır.
24 yaşlı yarımmüdafiəçi transfer qiyməti 50 milyon qiymətləndirilir. Kone 2024-cü ilin yayından "canavarlar"ın heyətində çıxış edir. O, ilk mövsümdəcə öz oyunu ilə diqqətləri öz üzərinə cəlb edə bilib.
Qeyd edək ki, Kaudionun "Roma" ilə 2029-cu ilin yayına kimi müqaviləsi var. O, ötən mövsümdə 45 oyunda iki qol və üç ötürmə ilə fərqlənib.
İdman.biz