“Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə cavab matçını keçirəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşdə Azərbaycan çempionu favorit hesab edilir. Səfərdə 1:0 hesabı ilə qələbə qazanan “Qarabağ”ın bu qarşılaşmanı da xeyrinə bitirəcəyi gözlənilir.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya)
Baş hakim: Danni Makkelie (Niderland)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 1:0
Qeyd edək ki, bu duelin qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütün güclüsü ilə qarşılaşacaq. Uduzan tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda üz-üzə gələcək.
İdman.biz