Çempionlar Liqası: Pley-offa kimlər yüksələcək?

Xəbərlər
12 Avqust 2025 10:16
64
Çempionlar Liqası: Pley-offa kimlər yüksələcək?

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

İdman.biz xəbər verir ki, 10 oyunun nəticəsinə əsasən pley-offa yüksələcək komandalar bəlli olacaq.

Azərbaycan çempionu "Qarabağ" da bu gün meydana çıxacaq. Ağdam təmsilçisi “Şkendiya”nı qəbul edəcək.

Qurban Qurbanovun komandasının pley-off mərhələsində potensial rəqibləri olan "Ferentsvaroş"la "Ludoqorets" isə Macarıstanda münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
12 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya)

İlk oyun: 1:0
21:00. “Kopenhagen” (Danimarka) - “Malmö” (İsveç)
İlk oyun: 0:0
21:00. “Fənərbaxça” (Türkiyə) - “Feyenoord” (Niderland)
İlk oyun: 1:2
21:00. “Pafos” (Kipr) - “Dinamo” (Kiyev, Ukrayna)
İlk oyun: 1:0
21:00. “Plzen” (Çexiya) - “Reyncers” (Şotlandiya)
İlk oyun: 0:3
21:30. “Brügge” (Belçika) - “Zalstburq” (Avstriya)
İlk oyun: 1:0
22:15. “Ferentsvaroş” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan)
İlk oyun: 0:0
22:15. “Slovan” (Slovakiya) - “Kayrat” (Qazaxıstan)
İlk oyun: 0:1
23:00. “Benfika” (Portuqaliya) - “Nitsa” (Fransa)
İlk oyun: 2:0
23:00. “Srvena Zvezda” (Serbiya) - “Lex” (Polşa)
İlk oyun: 3:1

İdman.biz