"Roma"nın Sanço planı

Xəbərlər
14 Avqust 2025 19:36
29
"Roma"nın Sanço planı

"Roma" Ceydon Sançonun transferi ilə bağlı "Mançester Yunayted"ə təklif göndərib.

İdman.biz xəbər verir ki, "canavarlar" bu keçid üçün 20 milyon funt ödəməyə hazırdırlar.

Bundan başqa Roma təmsilçisi satınalma maddəsi ilə 25 yaşlı futbolçunun icarəyə götürülməsi variantını da nəzərdən keçirir. "Mançester Yunayted" 2028-ci ilin yayınadək müqavilə olan Sançonu daha yüksək rəqəmə satmaq arzusundadır.

Qeyd edək ki, Ceydon son mövsümü icarə əsasında "Çelsi"də keçirib. O, 2021-ci il ilin yayında "Mançester Yunayted"ə keçib.

İdman.biz