Konfrans Liqası: “Araz-Naxçıvan” möcüzə axtarışında

Xəbərlər
14 Avqust 2025 09:37
27
Konfrans Liqası: “Araz-Naxçıvan” möcüzə axtarışında

Bu gün “Araz-Naxçıvan” UEFA Konfrans Liqasında növbəti matçına çıxacaq.

İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprdə “Omoniya”nın qonağı olacaq.

Evdə 0:4 hesabı ilə uduzan Elmar Baxşıyevin komandasının pley-offa yüksəlmək şansını demək olar ki, itirib. “Araz-Naxçıvan” yalnız möcüzə sayəsində mərhələ adlaya bilər.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust

21:00. “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan)
Baş hakim:
Yakob Kehlet (Danimarka)
Nikosiya, GSP stadionu
İlk oyun: 4:0

Qeyd edək ki, mərhələ adlayacaq komanda Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) cütünün məğlubuna rəqib olacaq.

İdman.biz