Konfrans Liqası: “Sabah” revanşla pley-off arzusunda

Xəbərlər
14 Avqust 2025 09:11
36
Konfrans Liqası: “Sabah” revanşla pley-off arzusunda

Bu gün UEFA Konfrans Liqasında növbəti matçlar keçiriləcək.

İdman.biz xəbər verir ki, III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Sabah” Bolqarıstan “Levski”sini qəbul edəcək.

Valdas Dambrauskas baş məşqçisi olduğu komanda pley-offa yüksəlmək arzusundadır. Səfərdə məğlubiyyətə üzülən “Sabah” bunun üçün ancaq qələbə qazanmalıdır. Minimal hesablı qalibiyyət isə cütün taleyini əlavə vaxta daşıyacaq.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust


20:00. “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)
Baş hakim:
Mikola Balakin (Ukrayna)
Bakı, Bank Respublika Arena
İlk oyun: 0:1

Qeyd edək ki, cütün qalibi pley-offda "Vaduts" (Lixtenşteyn) - AZ (Niderland) duelinin güclüsü ilə qarşılaşacaq.

İdman.biz