"Nəticəyə görə özümü xoşbəxt hiss edirəm. Komandam ilk dəqiqələrdən tapşırığı yerinə yetrdi. Evdə qazandığımız hesabı qorumaq haqda fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. Komandamla fəxr edirəm. Çətin oyun oldu. Rəqib keyfiyyətli oyunçulardan təşkil edilib. İndividual ustalığa görə, çətinlik yaratdılar. Amma biz pleyf-offdayıq"
İdman.biz xəbər verir ki, bunu Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes "Sabah"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
- Komanda Bolqarıstandakı ilə müqayisədə, Bakıda daha rahat görünürdü. Fərq nə idi?
- Heyətə baxsaq, yalnız bir oyunçu dəyişikliyi olmuşdu. Sanqare yox idi. Amma ümumilikdə niyə rahat görünürdük? Futbolçular bilirdilər ki, meydanda nəyi etməlidirlər. Mənim qoyduğum tapşırıqları fədakarcasına və yüksək keyfiyyətlə yerinə yetirdiyi üçün komandam daha rahat görünürdü.
- "Sabah"ın heyətində hansısa futbolçunu xüsusi dəyərləndirərdiniz?
- "Sabah"ın yaxşı baş məşqçisi var. Fərdi olaraq hansısa oyunçuları fərqləndirməyi xoşlamıram. Zedadka İspaniyada mənim oyunçum olub. Digər fərdi ustalığı olan oyunçular da var. "Sabah"ın baş məşqçisinə bu cür komanda yaratdığı üçün təşəkkür düşür. Əminəm ki, klubun transfer bazarında xüsusi çəkisi var.
İdman.biz