“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand komandanın Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Komo”ya 1:4 hesablı məğlubiyyətindən sonra sərt açıqlama verib.
İdman.Biz xəbər verir ki, Ferdinand X sosial şəbəkəsində paylaşım edərək Mançester klubunun həm hücumda, həm də müdafiədən hücuma keçiddə ciddi problemlər yaşadığını vurğulayıb.
“Sesк Fabreqasın “Komo”su bizi elə vəziyyətə saldı ki, sanki Çempionlar Liqasına vəsiqəni hansısa lotereyada qazanmış komandayıq!
Bəzən elə görünürdü ki, rəqibin meydanda 12 futbolçusu var. “Mançester Yunayted” hücumda tamamilə təsirsiz idi. Nə sürət və fiziki güc, nə pressinq etmək bacarığı, nə də topa sahib olarkən oturuşmuş oyun əlaqələri vardı.
Fabreqasın komandanı necə qurduğunu yüksək qiymətləndirmək lazımdır. Hər futbolçu həm topla, həm də topsuz nə etməli olduğunu dəqiq bilir. Amma bu, “Mançester Yunayted” üçün bəhanə ola bilməz.
Biz dəhşətli görünürdük və hazırda komandanın özünəinamı sıfır səviyyəsindədir. Klubların büdcələri arasındakı fərq meydandakı nəhəng fərqi qətiyyən əks etdirmirdi! Yeri gəlmişkən, Niko Pas möhtəşəm futbolçudur”, - deyə Ferdinand yazıb.
