“Bavariya”nın futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında ardıcıl qol vurduğu oyunların sayını ona çatdırıb.
İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu turnirin əsas mərhələsinin üçüncü turunda “Arsenal”la keçirilən qarşılaşmanın 61-ci dəqiqəsində penaltidən fərqlənib. On bir metrlik cərimə zərbəsini də Keyn özü qazanıb.
Bununla da hücumçu Çempionlar Liqasında ardıcıl on oyunda qol vuraraq turnir tarixinin ikinci ən uzun məhsuldar seriyasını təkrarlayıb.
Rekord Kriştianu Ronalduya məxsusdur. Portuqaliyalı futbolçu 2017-ci ilin iyunundan 2018-ci ilin aprelinədək Çempionlar Liqasında ardıcıl 11 qarşılaşmada fərqlənib.
Beləliklə, Keynin Ronaldunun rekorduna çatması üçün daha bir oyunda qol vurması kifayətdir.
