Fabreqas: “Bəzi futbolçularımız üçün bu, Çempionlar Liqasında cəmi üçüncü matç idi”

22 Oktyabr 2026 01:12
88
Fabreqas: “Bəzi futbolçularımız üçün bu, Çempionlar Liqasında cəmi üçüncü matç idi”

“Como”nun baş məşqçisi Sesk Fabreqas Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted” üzərində 4:1 hesablı qələbəni şərh edib.

İdman.Biz Football Italia-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının çıxışından razı qalsa da, qarşıda daha çətin sınaqların olduğunu vurğulayıb.

“Bu, xüsusi axşamdır, lakin qarşıya qoyduğumuz məqsədlərə gedən yolun hələ başlanğıcındayıq. Bu gün komanda yaxşı oynadı, amma sakitliyimizi qorumalı və artıq şənbə günü növbəti matçın bizi gözlədiyini unutmamalıyıq.

Bu qələbəni klubumuzun formalarına və avadanlıqlarına cavabdeh olan əməkdaşlardan birinə həsr etmək istəyirəm. O, bunun səbəbini bilir.

Avropada istənilən rəqibə qarşı belə oynaya biləcəyimizi bilmirəm. Bunu iddia etmək kifayət qədər cəsarətli olardı. Təvazökar qalmalıyıq.

İstər İtaliya Kubokunun yarımfinalında “İnter”lə, istərsə də A Seriyasında “Napoli” və “Roma” ilə qarşılaşaq, həmişə öz futbolumuzu oynamağa çalışacağıq. Hazırlıq çox vacibdir, amma futbolçuların özlərinə inamı da az əhəmiyyət daşımır. Bu inam olmadan hər şey daha çətin olur.

Bu gün “Mançester Yunayted”ə qarşı oynadıq. Onların hazırda çətin dövr keçirməsinin əhəmiyyəti yoxdur. Unutmayaq ki, bəzi futbolçularımız üçün bu, karyeralarında Çempionlar Liqasındakı cəmi üçüncü oyun idi.

Məhz bu futbolçuların inamı və çalışqanlığı mənə güc verir. Belə qələbə qazanmaq çox xoşdur, amma indi ən çətin mərhələ başlayır. Şənbə günü A Seriyasında da eyni səviyyədə oynamalıyıq”, - deyə Fabreqas bildirib.

İdman.Biz