Usman Dembele - 2025-ci ilin ən məhsuldar oyunçusu

Xəbərlər
14 Avqust 2025 17:54
29
Usman Dembele - 2025-ci ilin ən məhsuldar oyunçusu

PSJ-nin penaltilər seriyasında "Tottenhem"ə 4:3 hesabı ilə qalib gəldiyi oyunun əsas vaxtında hesabı 2:2 edən Qonsalu Ramuşa məhsuldar ötürməni Usman Dembele verib.

İdman.biz xəbər verir ki, fransalı forvard 2025-ci ildə iştirak etdiyi bütün turnirlərdə 37 qolda birbaşa iştirak edib.

O, Avropanın beş aparıcı liqasında çıxış edən futbolçular arasında bu göstəricidə ən yaxın izləyicisini 6 qol qabaqlayır.

2025-ci ilin "Qızıl top"una əsas namizədlərdən olan Dembelenin hesabında 27 qol və 10 məhsuldar ötürmə var. O, həmçinin UEFA Superkubokunda matçın ən yaxşı oyunçusu seçilib.

İdman.biz

Məqalədə: