La Liqada məşqçilərin VAR tələbi qüvvəyə minir

Xəbərlər
28 İyul 2025 23:34
37
La Liqada məşqçilərin VAR tələbi qüvvəyə minir

İspaniya La Liqasında 2025/2026 mövsümündən etibarən yeni qayda tətbiq olunması planlaşdırılır.

İdman.biz xəbər verir ki, baş məşqçilər mübahisəli vəziyyətlər zamanı baş hakimdən VAR-da baxmağı tələb edə biləcəklər.

Ölkənin nüfuzlu COPE nəşrinin məlumatına görə, mütəxəssislərin matç ərzində 2 belə hüququ olacaq.

Əgər baş məşqçilərin etirazı qəbul olunarsa, onların VAR-a baxmaq tələbi öz qüvvəsində qalacaq.

İdman.biz