Onlardan biri ilin ən yaxşısı olacaq – “15-lik”

Xəbərlər
21 Noyabr 2023 14:53
231
Onlardan biri ilin ən yaxşısı olacaq – “15-lik”

“Globe Soccer Awards” ilin ən yaxşı məşqçiləri adına namizədlərin siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıda 15 mütəxəssis yer alıb.

Ən yaxşı məşqçi adına Xosep Qvardiola, Mikel Arteta, Karlo Ançelotti, Roberto de Zerbi, Luis de la Fuente, Simone İnzaqi, Lionel Skaloni, Stefano Pioli, Luçano Spaletti, Tomas Tuxel, Xavi, Conatan Giraldez, Marsel Koller, Allesandro Spuqna və Sarina Viqman-Qlosbax iddia edir.

Qeyd edək ki, Avropa klubları və futbol agentləri assosiasiyası tərəfindən təşkil edilən mükafatlandırılma mərasimi hər il dekabrın son günlərində Dubayda keçirilir. Son olaraq Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti bu ada yiyələnib.

İdman.biz