Klublararası dünya çempionatında 1/4 finalçılar bəlli olub - CÜTLƏR - VİDEO

Xəbərlər
2 İyul 2025 09:10
86
Klublararası dünya çempionatında 1/4 finalçılar bəlli olub - CÜTLƏR - VİDEO

ABŞ-də klublararası dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, mərhələnin son oyununda Almaniyanın “Borussiya Dortmund” və Meksikanın “Monterrey” komandaları qarşılaşıblar.

Matç Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn “Borussiya” 1/4 finalda Madrid “Real”ına rəqib olub.

Mərhələnin digər cütlərində "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) "Fluminense"ni (Braziliya), "Palmeyras" (Braziliya) "Çelsi"ni (İngiltərə) və PSJ (Fransa) "Bavariya"nı (Almaniya) sınağa çəkəcək.

İdman.biz