"Sanderlend"dən rekord transfer

Xəbərlər
1 İyul 2025 22:14
40
"Sanderlend"dən rekord transfer

"Sanderlend" tarixinin rekord transferini reallaşdırıb.

İdman.biz xəbər verir ki, komanda Habib Diarranı 31,5 nilyon avroya heyətinə cəlb edib.

İngiltərə Premyer Liqasının debütantı onun çıxış etdiyi "Strasburq"a daha 4 milyon bonus şəklində ödəniş edəcək. Bu, "Sanderlend"in tarixində ən yüksək transfer məbləği kimi yadda qalıb. Diarra ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, seneqallı müdafiəçi son mövsümdə Fransa Liqa 1-də 33 oyunda "Starsburq"un şərəfini qoruyub.

İdman.biz