"Barselona"nın müdafiəçisi Pau Kubarsi komanda yoldaşı Lamin Yamalın 2026-cı il "Qızıl top" mükafatına namizədliyi haqqında fikirlərini bildirib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Pau Kubarsi nəinki Lamin Yamalın "Qızıl top"a layiq olduğunu iddia etməsində təəccüblü bir şey görmədiyini, həm də hamının onun dünyada ən yaxşı futbolçu olduğunu bildiyini vurğulayıb.
O qeyd edib ki, bunu Yamalın özü desə belə, həqiqəti hər kəs bilir və o, 100 faiz "Qızıl top"u almağa layiqdir.
Müdafiəçi həmçinin əlavə edib ki, dünya çempionatındakı çıxışını və keçirdiyi mövsümü nəzərə alaraq, özü də bu mükafata iddia edə bilərdi, lakin o, kölgədə qalmağa üstünlük verir, Yamala isə medianın diqqəti daha çox yönəlib.
Cari mövsümdə Lamin Yamal "Barselona"nın heyətində bütün turnirlərdə səkkiz oyuna çıxıb, səkkiz qol vurub və altı məhsuldar ötürmə edib.
