Flik Vinisiusun qırmızı vərəqəsi ilə bağlı sualı cavabsız qoydu

12 Oktyabr 2026 21:31
117
Flik Vinisiusun qırmızı vərəqəsi ilə bağlı sualı cavabsız qoydu

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Real”ın hücumçusu Vinisius Juniorun La Liqanın səkkizinci turunda “Vilyarreal”la oyunda (1:0) meydandan qovulmasını və Madrid klubunun hakimliyi tənqid etməsini şərh etməkdən imtina edib.

İdman.Biz AS-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda “Qalatasaray”la keçiriləcək matçdan əvvəl səsləndirdiyi fikirləri yayıb.

“Ümid edirəm, bir gün siz də anlayacaqsınız ki, “Real”la oynamadığımız vaxt bu komanda barədə suallara heç vaxt cavab vermirəm. Qarşıda bizi “Qalatasaray”la görüş gözləyir. Bu komandaya hörmətlə yanaşmalıyıq. Möhtəşəm stadionu və bənzərsiz atmosferi olan fantastik komandadır. “Real” barədə danışmaq istəmirəm, çünki diqqətimizi öz matçımıza yönəltməliyik”, – deyə Flik bildirib.

“Qalatasaray” - “Barselona” qarşılaşması oktyabrın 13-də İstanbulda keçiriləcək.

İdman.Biz