Qətər və Ekvadorun sabiq baş məşqçisi Bəhreyn millisinə rəhbərlik edəcək

12 Oktyabr 2026 21:17
103
Qətər və Ekvadorun sabiq baş məşqçisi Bəhreyn millisinə rəhbərlik edəcək

Bəhreyn millisinin yeni baş məşqçisi Feliks Sançes olub.

İdman.Biz xəbər verir ki, Bəhreyn Futbol Assosiasiyası ispaniyalı mütəxəssisin təyinatını açıqlayıb.

50 yaşlı məşqçi bu vəzifədə xorvatiyalı Draqan Talaiçi əvəzləyib. Sançes noyabrda milli komandaların oyunları üçün yaranacaq fasilə zamanı vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Sançes əvvəllər Qətər və Ekvador millilərinə, həmçinin Dohanın “Əl-Sədd” klubuna rəhbərlik edib. O, Qətərin müxtəlif yaş qrupları üzrə yığmalarını da çalışdırıb.

İdman.Biz