"Real" Vinisius Junioru razı sala bilmir

Xəbərlər
28 İyun 2025 01:55
27
"Real" Vinisius Junioru razı sala bilmir

Vinisius Juniorla "Real" arasında yeni müqavilə ilə bağlı danışıqlar dalana dirənib.

İdman.biz xəbər verir ki, braziliyalı vinger ildə ən azı 30 milyon avro qazanmaq arzusundadır.

Amma Vininin tələbləri Madrid klubunun rəhbərliyini qane etməyib. Hazırdan futbolçu "Real"da illik 20,8 milyon avro qazanır. Juniora Səudiyyə Ərəbistanından da təklif var.

Qeyd edək ki, onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Vinisius son mövsümdə 55 oyunda 22 qol və 19 qolla yadda qalıb.

İdman.biz