Çuameni “Roma” ilə oyun öncəsi rəqibin gücünü etiraf etdi

13 Oktyabr 2026 22:43
101
Çuameni “Roma” ilə oyun öncəsi rəqibin gücünü etiraf etdi

Madrid “Real”ının fransalı futbolçusu Orelyen Çuameni UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Roma” ilə keçiriləcək səfər oyunu barədə fikirlərini bölüşüb.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbolçu matçdan əvvəl təşkil olunan mətbuat konfransında İtaliya təmsilçisinin güclü komanda olduğunu vurğulayıb.

“Mən “Roma”nın oyunlarını daim izləyirəm. Bu, həqiqətən də fantastik komandadır. Çempionlar Liqasının builki mövsümünə “İnter” üzərində qələbə ilə çox yaxşı başladıq. Buna görə də sabah qələbələrimizi davam etdirməliyik. Qarşıdakı oyun bizim üçün olduqca böyük əhəmiyyət daşıyır”, – deyə Çuameni bildirib.

Qeyd edək ki, “Roma” - “Real” qarşılaşması oktyabrın 14-də Romadakı “Olimpiko” stadionunda keçiriləcək. Madrid təmsilçisi ilk turda “İnter”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz