“Slaviya”nın baş məşqçisi məğlubiyyətin səbəbini açıqladı: “Sabah” bizi üstələdi

13 Oktyabr 2026 23:12
115
“Slaviya”nın baş məşqçisi məğlubiyyətin səbəbini açıqladı: “Sabah” bizi üstələdi

“Slaviya”nın baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

İdman.Biz xəbər verir ki, çexiyalı mütəxəssis komandasının xüsusilə birinci hissədə zəif çıxış etdiyini bildirib.

“Xüsusilə birinci hissədə zəif oynadıq. Məğlubiyyətimizin səbəbləri çoxdur və bunları təhlil edəcəyik. Mənasız qollar buraxdıq. Halbuki qol imkanlarımız az deyildi. Müxtəlif mövqelərdə zəif çıxış etdik, top itkilərimiz çox oldu. İkinci hissədə ciddi təzyiqlə üzləşdik. Ancaq onu deyə bilərəm ki, “Sabah” orta sahədə bizi üstələdi. Futbolçularımız çox məyusdurlar”, - deyə Trpişovski vurğulayıb.

Baş məşqçi "Sabah"ın daha istəkli olduğunu bildirib:

"Komandamdan istədiyim oyunu görə bilmədim. Bəlkə də oyunun favoriti hesab edilirdik. Amma bəzən favorit hesab olunmaq kifayət etmir. Biz bu məğlubiyyətin səbəblərini təhlil edəcəyik. Əfsuslar olsun ki, bu gün məğlub olduq".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz