UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris"in yoxlama oyunlardakı rəqibləri dəqiqləşib.
İdman.biz xəbər verir ki, Saloniki təmsilçisi hazırlıq çərçivəsində 3 matçda qüvvəsini sınayacaq.
"Aris" Şotlandiyanın "Livinqston" (3 iyul), Belçikanın “Anderlext” (5 iyul) və Niderlandın "Alkmaar" klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında mərhələnin ilk oyunu iyulun 24-də Bakıda keçiriləcək. Cavab görüşü isə 1 həftə sonra Yunanıstanda baş tutacaq.
İdman.biz