Olivye Juri karyerasını Fransada davam etdirəcək.
İdman.biz xəbər verir ki, o, "Lill"lə bir illik müqavilə bağlayacaq.
Jiru bir mövsüm "Los Anceles"də çıxış etdikdən sonra komandanı tərk etmək qərarına gəlib. Onun ABŞ klubu ilə mövsümün sonuna kimi müqaviləsi olsa da, bu amil Olivyenin "Lill"ə keçməsinə problem yaratmayacaq.
Qeyd edək ki, 38 yaşlı forvard "Los Anceles"də 18 oyunda iki qol və üç ötürmə ilə yadda qalıb.
İdman.biz