Türkiyənin "Kasımpaşa" klubuna Şota Arveldaze rəhbərlik edəcək.
İdman.biz xəbər verir ki, bu barədə İstanbul klubunu mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı mütəxəssis 2012-2015-ci illərdə "Kasımpaşa"ya rəhbərlik edib. Komanda onun rəhbərliyi ilə iki dəfə Türkiyə çempionatını 6-cı pillədə başa vurub.
Qeyd edək ki, Arveladze komandanı tərk etdikdən sonra klub əcnəbi mütəxəssislə əməkdaşlıq etməyib. Bu müddət ərzində 10 mövsümdə 16 yerli mütəxəssislə işləyib.
İdman.biz