Kapitan Şeymus Koulmen daha bir mövsüm "Everton"da oynayacaq.
İdman.biz xəbər verir ki, bu barədə klubdab rəsmi açıqlama yayılıb.
36 yaşlı müdafiəçi Liverpul təmsilçisinin heyətində 17-ci mövsümünü keçirəcək. İrldaniyalı futbolçu 2009-cu ildə "Slayqo Rovers"dən 60 min funta transfer olunub.
Qeyd edək ki, Koulmen İngiltərə Premyer Liqasında 369 oyunda meydana çıxmaqla klubun rekordçusu olub.
İdman.biz