PSJ dünya çempionatının favoritidir

Xəbərlər
27 İyun 2025 20:58
40
PSJ dünya çempionatının favoritidir

Opta təhlil portalı klublararası dünya çempionatının favoritini açıqlayıb.

İdman.biz xəbər verir ki, PSJ mundialı qazanmağa əsas namizəd hesab olunur.

Çempionlar Liqasının qalibib şansı 20,6 faizə bərabəridir. "Mançester Siti" Paris klubundan kiçik fərqlə geri qalıb. Üçüncü pillədə "Bavariya" qərarlaşıb.

Qeyd edək ki, 1/8 final mərhələsi sabah start götürəcək. Dünya çempionunun adına isə iyulun 13-də aydınlıq gələcək.

Dünya çempionatının favoritləri:
PSJ - 20,6%.
"Mançester Siti" - 20,4%
"İnter" 12,4%
"Bavariya" - 11,3%
"Çelsi" - 10,4%
"Real" - 9,7%
"Borussiya" D - 5,6%
"Benfika" - 4,2%
"Yuventus" - 2,5%
"Palmeyras" - 0,9%

İdman.biz