"Şamaxı" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi Karim Rossini heyətinə qatıb.
İsveçrəli hücumçu ilə 2 illik anlaşma əldə olunub. 31 yaşlı forvard son olaraq ölkəsində "Şaffhauzen"in uğurları üçün çalışıb.
Qeyd edək ki, mövsümün ikinci hissəsində İsveçrə 1-ci Liqasında çıxış edən Rossi 2 qol və 4 ötürmə ilə yadda qalıb.
İdman.biz