"Beşiktaş" mövsümlərarası fasilədə iki transfer rəsmiləşdirib.
İdman.biz xəbər verir ki, İstanbul klubu David Yurasek və Brayt Osayi-Samuellə razılıq əldə edib.
Hər iki futbolçu sabah tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Yurasek "Benfika"dan satınalma maddəsi ilə icarəyə götürüləcək.
Osayi isə sərbəst agent kimi komandaya qoşulacaq. Nideriyalı müdafiəçinin illik 1,9 milyon avro maaş alacağı bildirilib.
İdman.biz