Eriksendən "Mançester Yunayted"ə VİDA

Xəbərlər
26 İyun 2025 21:34
27
Eriksendən "Mançester Yunayted"ə VİDA

Kristina Eriksen "Mançester Yunayted"lə vidalaşıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytından açıqlama paylaşılıb.

Danimarkalı yarımmüdafiəçi 3 mövsümdən sonra komandadan xoş təəssüratlarla ayrıldığını deyib. O, qazanılan iki titul və bir neçə finaldakı çıxışı karyerasının mühüm hissəsi adlandırıb.

Qeyd edək ki, Eriksen 2022-ci ilin yayından "qırmızı şeytanlar"ın heyətində oynayıb. Kristian bu müddət ərzində 107 matçda 8 qol və 19 ötürmə ilə yadda qalıb. O, İngiltərə ölkə və Liqa kuboku titullarını qazanıb.

İdman.biz