"Valensiya" gənc yarımmüdafiəçini "Milan"a satmaqdan imtina edib

Xəbərlər
21 İyun 2025 20:17
24
"Valensiya" gənc yarımmüdafiəçini "Milan"a satmaqdan imtina edib

"Milan" İspaniya gənclər yığmasının üzvü Xavi Gerranı transfer etmək arzusundadır.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Valensiya"ya 20 milyon avro təklif olunub.

"Rossoneyerilər" bu məbləğin 16 milyonunu birbaşa, 4 milyonunu isə bonuslar şəkildə ödəmək istəyiblər. Amma "Valensiya" gənc yarımmüdafiəçini 30 milyondan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, Gerra ötən mövsümdə 38 matçda 3 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz