Mateus Kunya rəsmən "Mançester Yunayted"də

Xəbərlər
12 İyun 2025 18:57
35
Mateus Kunya rəsmən "Mançester Yunayted"də

Braziliyalı hücumçu Mateus Kunya "Mançester Yunayted"lə müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, tərəflər arasındakı razılaşma 5 illik nəzərdə tutulub.

Müqavilənin şərtlərinə görə müddət daha bir mövsüm uzadıla bilər. "Mançester Yunayted" bu transferə görə Mateusun çıxış etdiyi "Vulverhempron"a təxminən 74 milyon avro ödəyiblər. İmzalanma mərasimindən sonra Kunya arzusunun reallaşdığını bildirib. O, uşaq yaşlarında komandanın azarkeşi olduğunu deyib.

Qeyd edək ki, Kunya bu mövsümdə meydana çıxdığı 34 qarşılaşmada 15 qol və 6 ötürmə ilə yadda qalıb.

İdman.biz