İtaliya yığması Klaudio Ranyeriyə əmanət

Xəbərlər
9 İyun 2025 19:10
108
İtaliya yığması Klaudio Ranyeriyə əmanət

İtaliya yığmasının yeni baş məşqçisinin adı açıqlanıb.

İdman.biz xəbər verir ki, "Skaudra Adzurra"ya Klaudio Ranyeri rəhbərlik edəcək.

İtaliyalıların hazırki məşqçisi Luçano Spaletti bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova ilə keçiriləcək oyundan sonra vəzifəsini tərk edəcək.

Qeyd edək ki, Klaudio Ranyerinin son iş yeri "Roma" olub. Komanda onun rəhbərliyi ilə A Seriyasını 5-ci pilllədə başa vurub.

İdman.biz