“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün üçüncü oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubunun U-19 komandası ilə üz-üzə gələcək.
Əlincə stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq. Görüşün baş hakimi Gürcüstan təmsilçisi Giorgi Avazaşvili olacaq.
Qeyd edək ki, “Sabah”ın U-19 komandası ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:5, ikinci turda isə Bakıda Çexiyanın “Slaviya” kollektivinə 0:3 hesabı ilə məğlub olub.
