Futbol üzrə Azərbaycan İkinci Liqasında səkkizinci tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, bazar günü start götürən turun növbəti qarşılaşmalarında “Şəki” “Zəngəzur”u, “Qaradağ Lökbatan” isə “Dinamo”nu qəbul edəcək.
Azərbaycan İkinci Liqası
Səkkizinci tur
20 oktyabr
15:00. “Şəki” - “Zəngəzur”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Ruslan Babayev, Mehdi Yusifov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Qaradağ Lökbatan” - “Dinamo”
Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Ləman Əmirli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
Qeyd edək ki, bazar günü baş tutan görüşlərdə “Marafon” “Kür-Araz”ı 7:1, “Şirvan” “Ağstafa Gəncləri”ni 3:2, “Hypers” “Ağdaş”ı 2:1 hesabı ilə üstələyib, “Şəmkir” - “Difai” duelində qalib müəyyənləşməyib (1:1).
